Suriya ordusu Livan ərazisinə 18 aviazərbə endirib
Bizi izləyin

Dünya

Suriya ordusu Livan ərazisinə 18 aviazərbə endirib

Suriya ordusu Livan ərazisinə 18 aviazərbə endirib

Suriya hökumət ordusu Livanla sərhəddə yerləşən əl-Qələmun yüksəkliklərində əməliyyatlarını sona çatdırmaqdadır.

İnterAz–ın Suriya mənbələrinə istinadla verdiyi xəbərə görə, hökumət ordusunun qırıcı təyyarələri ötən gün ərzində Livanın Ərsal rayonu və ətrafına 18 aviazərbə endirib.

Qeyd edək ki, aviazərbələrin hədəfi Livandan Suriya ərazisinə keçməyə cəhd edən silahlılar olub.

Əl-Qələmun yüksəkliklərindəki Yəbrud rayonu uğrunda gedən döyüşlərdə isə hər iki tərəf ağır itki verib.

Bundan başqa, ölkənin şimalında yerləşən İdlib əyalətindəki “Nüsrə Cəbhəsi"nə məxsus silah anbarında şiddətli partlayış baş verib. Nəticədə xeyli sayda ölən və yaralananların olduğu deyilir.

Bildirək ki, Suriyada ən şiddətli qarşıdurmaların qeydə alındığı bölgələrdən biri də Hələbin şimal-şərq hissəsidir. Belə ki, burada yerləşən strateji əhəmiyyətli Şeyx-Nəccar sənaye şəhərində gedən döyüşlər hər iki tərəf üçün xüsusi əhəmiyyət daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm