Dünya
İran nüvə danışıqlarını dayandırır
İran parlamenti ABŞ-ın hərbi təhdidlərinə cavab olaraq nüvə danışıqlarının dayandırılmasını nəzərdə tutan qanun layihəsinə baxacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə parlamentin xarici siyasət və milli təhlükəsizlik komitəsinin üzvü Cavad Kərimi Qoddusi bildirib.
Onun sözlərinə görə, qanun layihəsi parlamentdə qəbul ediləndən sonra İran Məsləhət Şurasına göndəriləcək. Məsləhət Şurasının təsdiindən sonra isə hökumət danışıqları dayandırmağa məcbur olacaq. Komitə üzvü qeyd edib ki, amerikalılar İrandan üzr istəyənə və təhdidlərinə son qoymayana kimi vəziyyət dəyişməyəcək.
Qeyd edək ki, İran parlamentinin sərt reaksiyası ABŞ-ın vitse-prezidenti Co Bayden və dövlət katibi Con Kerrinin fikirlərinə cavabdır. Amerikalı rəsmilər qeyd edib ki, ABŞ-ın İranla bağlı hərbi hərəkətləri istisna edilmir. Aprelin 30-da Bayden bildirib ki, Tehran nüvə sazişini pozacağı halda, bütün cavab variantlarına baxılacaq.
Hazırda İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) İranın nüvə proqramı üzrə hərtərəfli razılaşmanın son mətninin formalaşdırılması mərhələsindədir. Yekun nüvə razılaşması 30 iyundan gec olmayaraq, imzalanmalıdır. Danışıqların növbəti raundu mayın 12-də Vyanada olacaq.
Ömər Dağlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək