Kiyev Yanukoviçin ekstradisiyasını tələb etməyə hazırlaşır
Bizi izləyin

Dünya

Kiyev Yanukoviçin ekstradisiyasını tələb etməyə hazırlaşır

Ukrayna Baş Prokurorluğu Yanukoviçin ekstradisiyası tələbi ilə Rusiya Federasiyasına müraciət edəcək.

Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının (parlament) iclasında parlament sədri və prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinov bildirib.

Xatırladaq ki, Ukrayna baş prokurorluğunun əsas istintaq idarəsi 25 Fevral tarixində Maydandakı qətllərə görə ittiham edilən V.Yanukoviçə qarşı cinayət işi açıb və beynəlxalq axtarışı elan edilib.

Keçmiş prezidentlə yanaşı, sabiq baş prokuror Viktor Pşonko, sabiq daxili işlər naziri Vitali Zaxarçenko və digər şəxslər Maydandakı qətllərdə şübhəli elan olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm