Koalisiya qüvvələri prezidentin iqamətgahını vurdu
Bizi izləyin

Dünya

Koalisiya qüvvələri prezidentin iqamətgahını vurdu

Ərəb koalisiyası aviasiyası Yəmənin sabiq Prezidenti Əli Abdulla Salehin evinə zərbələr endirib.

Axar.az xəbər verir ki, Sənada Salehin iqamətgahında üç partlayış törədilib. Partlayışın koalisiya qüvvələrinin endirdiyi zərbələrdən sonra baş verdiyi bildirilib.

Qeyd edək ki, 2011-ci ildə Salehin istefasından sonra ölkədə gərgin dövr başlayıb. Onun yerinə gələn Əbd Rabbu Mənsur Xadi Yəməndə dərinləşən böhranın qarşısını ala bilməyib. Ölkəni tərk edən Xadidən sonra Səudiyyə Ərəbistanının başçılığı altında ərəb koalisiyası husilərlə qarşıdurmaya girib. Hal-hazırda ölkənin taleyi qeyri-müəyyən olaraq qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm