• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Ögey nənə” xidməti

  • Dünya
  • 11 May 2015 04:14
  • 427 Baxış
“Ögey nənə” xidməti

Kanadada bir qadın “ögey nənə” xidmətini təklif etdiyi barədə Craigslist vebsaytında “Nənə olmaq istəyirəm” başlıqlı elan verib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Kristina Kobler anası olmayan qadınların uşaqlarını gəzintiyə çıxarmağa, onları şoppinqə aparmağı təklif edir. Qadın eləcə də lazım gələrsə həyat təcrübəsilə bölüşəcəyini vəd edir.

Xanım Kobler iki ekiz qızı övladlığa götürdüyünü bildirir. Hərçənd ki, o böyük bir ehtimalla qızların ana ola bilməyəcəyini deyir.

“Ətrafdakı dostlarımın nəvələri var, və mən onların bundan necə bəhrələndiyini və uşaqların necə fayda gördüyünü görürəm”, - qadın bildirib.

İndiyədək elan müəllifilə cəmi bir neçə ana əlaqə saxlayıb. Xanım Kobler ehtiyatlı yanaşmanı başa düşdüyünü deyir.

"Zənnimcə hər iki tərəf bir qədər ehtiyatlı olmalı və adamları tanımaq üçün möhlət verməlidirlər”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR