Mursi universitetdəki “işi”ndən çıxarıldı
Bizi izləyin

Dünya

Mursi universitetdəki “işi”ndən çıxarıldı

Misirdə dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursi Zegazik Universitetindəki işindən çıxarılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, universitet rəhbərliyi Mursinin 3 iyul 2013-cü ildən bu yana işə gəlmədiyi üçün işdən çıxarıldığını açıqlayıb.

Universitet rəhbərliyi qərarın Mursi barəsində çıxardığı hökmlə əlaqəsinin olmadığını bildirib.

Xatırladaq ki, Misirn sabiq dövlət başçısı Məhəmməd Mursi Qahirə məhkəməsi tərəfindən aprelin 21-də 20 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq prezident Fələstinin “HƏMAS” hərəkatı ilə əlbir olaraq Misir əsgərləri və polislərin öldürülməsi, həbsxanaların yandırılması və məhbusların öldürülməsində ittiham olunub.

O, 2012-ci il iyunun 30-dan 2013-cü il iyulun 3-nə qədər “Müsəlman Qardaşları” təşkilatının sədri kimi Misir prezidenti səlahiyyətlərini icra edib. Mursi 2013-cü il iyulun 3-də Baş Qərargah rəisi Əbdülfəttah əs-Sisi tərəfindən devrilərək həbs olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm