Polis dövlət başçısını sərhədi keçərkən saxladı
Bizi izləyin

Dünya

Polis dövlət başçısını sərhədi keçərkən saxladı

“Liberland” adlı dövlət qurduğunu elan edən Vit Yedliçka Xorvatiya polisi tərəfindən saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yedliçkanın “Liberland” adını verdiyi bölgəyə keçdiyi zaman saxlanıldığı bildirilir.

O, tərcüməçisi ilə birlikdə saxlanılıb.

Xatırladaq ki, Çexiya vətəndaşı olan Vit Yedliçka aprelin ortalarında 7 kvadrat kilometrlik “neytral bölgə”də “Liberland” adlı dövlət qurduğunu elan edib. Xorvatiya ilə Serbiya sərhədində, Dunay çayının qərb sahilində yerləşən ərazinin nə Serbiyaya, nə də Xorvatiyaya aid olduğunu iddia edən Yedliçka buranın “neytral bölgə” olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm