Makedoniyada qarşıdurma: 8 polis öldürüldü
Bizi izləyin

Dünya

Makedoniyada qarşıdurma: 8 polis öldürüldü

Makedoniyada terrorçulara qarşı keçirilən xüsusi əməliyyat başa çatıb. Son məlumata görə, atışma zamanı hüquq mühafizə orqanlarının 8 əməkdaşı həlak olub, 37-si yaralanıb.

Əməliyyat ölkənin şimalındakı Kumanovo şəhərində keçirilib. Əməliyyatın gedişində 14 terrorçu öldürülüb.

Makedoniya Daxili İşlər Nazirliyinin nümayəndəsi İvo Kotevski deyib ki, söhbət Balkanların ən qorxulu ekstremist qruplaşmasından gedir. O, bütün region üçün təhlükə mənbəyi idi. Polis nümayəndəsi qeyd edib ki, qruplaşmaya Kosovo albanları rəhbərlik edirdi.

Euronews telekanalının yaydığı məlumata görə, 50-80 nəfərdən ibarət terrorçu dəstə ölkə ərazisinə bir neçə gün əvvəl qonşu Kosovodan keçib. Bu müddətdə yaraqlıları Kumanovo şəhərində yaşayan albanların gizlətdiyi ehtimal olunur. Məlumatda 30 yaraqlının təslim olduğu, 15-nin isə qaçıb gizləndiyi bildirilir.

Hadisə ilə əlaqədar ölkədə iki günlük matəm elan olunub.

Makedoniyanın hakimiyyət orqanları qonşularını və digər dövlətləri ölkədə sabitliyi pozmaq və müxalifətin etirazları fonunda “rəngli inqilab” ssenarisini reallaşdırmaq cəhdlərində təqsirləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm