• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kiyev Rusiyadan 350 milyard dollar tələb edir

  • Dünya
  • 11 May 2015 11:03
  • 420 Baxış
Kiyev Rusiyadan 350 milyard dollar tələb edir

Ukrayna Donbas hövzəsində müharibəyə görə Rusiyadan 350 milyard dollar kompensasiya tələb edəcək.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “5 Kanal”ın efirində Ukraynanın iqtisadi inkişaf və ticarət nazirinin birinci müavini Aleksandr Borovik bildirib.

Ukraynalı məmur bildirib ki, kompensasiyanın məbləğinin hesablanmasında 1991-ci ildə Səddam Hüseynin müdaxiləsindən sonra Küveytin İraqa qarşı irəli sürdüyü maliyyə iddiaları ilə analogiya aparılıb.

“1991-ci ildə İraq Küveytə hücum etdi və sonradan razılıq əldə olundu ki, İraq 320 milyard dollar ödəməyə məcburdur. İraqın Küveytə müdaxiləsini Rusiyanın təcavüzü ilə müqayisə etsək, bu rəqəm demək olar ki, uyğundur”, - Aleksandr Borovik qeyd edib.

O, həmçinin qeyd edib ki, kompensasiyanın dəqiq məbləğini hesablamaq lazımdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR