• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Paraşütün ipini kəsdi - həbs edildi

  • Dünya
  • 11 May 2015 12:18
  • 438 Baxış
Paraşütün ipini kəsdi - həbs edildi

İngiltərədə paraşütlə tullanan qadın böyük həyəcana səbəb olub. Viktoriya Cillers adlı qadının tullandığı paraşütün ipi açılmadığına görə, o yüksək sürətlə yerə düşdü.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 1200 metrdən tullanan Cillers saatda 160 kilometr sürətlə düşəndə paraşüt açılmayıb. Köməkçi paraşütün ipini açan qadın 450 metrdə paraşütün yarısının açılması nəticəsində sürətini azaltmağı bacarıb. 40 kilometr sürətlə yerə dəyən qadının ayağı, körpücük sümüyü və qabırğası sınıb.

Aparılan araşdırmalar Viktoriyanın köməkçi paraşütünün həyat yoldaşı Emile Cillers tərəfindən alındığı və mühafizə kəmərinin zədələndiyi müəyyən edildi. Buna görə də, həyat yoldaşı cinayətə təşəbbüs ittihamı ilə həbs edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR