• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Krımda heç bir hərbi hissə Rusiya hərbçilərinə təslim olmayıb"

  • Dünya
  • 4 Mart 2014 13:29
  • 672 Baxış
"Krımda heç bir hərbi hissə Rusiya hərbçilərinə təslim olmayıb"

Heç bir hərbi hissə, heç bir qarnizon və ya gəmi rusiyalı hərbçilərin silahı yerə qoymaq və qondarma "Krım hökuməti"nə and içmək ultimatumunu yerinə yetirməyib. Bu barədə Sevastopoldakı Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlığının nümayəndələri bildiriblər. Trend-in məlumatına görə, xəbəri UNİAN yayıb.

Ukrayna HDQ-nin keçmiş komandanı Denis Berezovskinin xəyanəti faktından başqa, Krımdakı ukraynalı hərbçilərin fərarilik halları da qeydə alınmayıb.

Bununla yanaşı, Ukrayna Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin rəisi Vladislav Seleznyevin sözlərinə görə, martın dördünə keçən gecə hərbi hissələrə hücum qeydə alınmayıb. Hərçənd ki, hərbi hissələr ətrafında vəziyyət gərgin olaraq qalır.

Sevastopolda Ukrayna HDQ qərargahı və Simferopolda Ukrayna HDQ Sahil qoşunlarının qərargahı yanında Rusiyayönlü fəalların və "özünümüdafiə" dəstələrinin sayı artıb.

Habelə Sevastopolda "Slavutiç" və "Ternopol" gəmilərinin, eləcə də xüsusi dəniz əməliyyatları bölmələrinin dislokasiya olunduqları Strelets buxtasına iki avtobus silahlı adamın gəldiyi bildirilir. Buxtanın Rusiyanın üzən vasitələri tərəfindən mühasirəsi davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR