• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Plan dəyişdi: İsrail Donbas müharibəsinə qoşulur

  • Dünya
  • 11 May 2015 15:09
  • 869 Baxış
Plan dəyişdi: İsrail Donbas müharibəsinə qoşulur

İsrail Donbas hövzəsində müharibəyə öz münasibətini dəyişdirə bilər.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə TSN telekanalının sujetində deyilir.

Hərbi ekspert Vladimir Yankeleviç bildirib ki, Ukrayna hərbi-sənaye sahəsində kifayət qədər ciddi istehsalçıdır. “Amma Ukraynada müasir İsrail elektronikası çatışmır”, - Yankeleviç deyib.

İsrail Ukrayna münaqişəsində Moskva ilə münasibətləri nəzərə alaraq neytral qalmağa çalışırdı. Təsadüfi deyil ki, ABŞ-ın strateji müttəfiqi olan İsrail BMT-də Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamənin səsverməsində bitərəf qalıb. Bu isə Vaşinqton tərəfindən sərt qarşılanıb.

“Amma qəflətən vəziyyət dəyişdi. Moskva “S-300” zenit-raket komplekslərinin İrana satışı ilə bağlı qadağanı aradan qaldırdı. İran həmin ölkədir ki, İsrailin məhv edilməsini az qala özünün əsas missiyası adlandırır”, - TSN kanalının sujetində deyilir.

Qeyd edilir ki, İsrail Ukraynanın səhra şəraitinə uyğunlaşdırılmış tank və aviasiya mühərrikləri ilə maraqlanır: “Ukraynanın “Qrad” artilleriya qurğusu müasir müdafiə texnologiyası üzrə dünyada ən yaxşılardandır”.

Xatırladaq ki, İsrailin “NEWSru Israel” nəşri bir müddət əvvəl Təl-Əvivin Moskvanı hədələdiyini yazıb. İddiaya görə, İsrail “S-300” zenit-raket komplekslərinin İrana çatdırılacağı halda, Ukrayna və Gürcüstana silah satmağa başlayacağını bildirib. Nəşr yazır ki, Rusiyanın qərarına cavab olaraq Ukrayna və Gürcüstana silahların çatdırılması başlana bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR