• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avropa immiqrantlar üçün kvota tətbiq edir

  • Dünya
  • 11 May 2015 16:37
  • 416 Baxış
Avropa immiqrantlar üçün kvota tətbiq edir

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Birliyi ölkələri üçün immiqrantların qəbulu məsələsində kvota tətbiqini təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentindəki mənbə bildirib.

Kvota bir sıra amillərdən, xüsusi halda ümumi daxili məhsulun həcmi, əhalinin sayı, işsizliyin səviyyəsi və sığınacaq alan immiqrantların sayından asılı olacaq. Mənbənin məlumatına əsasən, sənəd mayın 13-də elan ediləcək.

Hazırda Avropa Birliyinin ərazisində sığınacaq alan immiqrantların 80 faizi Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İsveç və Belçikanın payına düşür. Avropa Birliyinə üzv Dövlətlərin Xarici Sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa Agentliyi (Frontex) martın 4-də 2014-cü il ərzində Avropa Birliyi ölkələrinə miqrasiya haqqında məlumatları dərc edib. Hesabata görə, ötən il 2013-cü illə müqayisədə qeyri-leqal immiqrantların sayı demək olar ki, üç dəfə artaraq 274 min insan təşkil edib. Onların əsas hissəsi isə Suriya, Cənubi Sudan, Konqo və İraqın payına düşür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR