Putinin əsas düşmənlərindən biri sıradan çıxır
Bizi izləyin

Dünya

Putinin əsas düşmənlərindən biri sıradan çıxır

Polşada keçirilən prezident seçkilərinin birinci turunda hazırkı dövlət başçısı Bronislav Komorovski gözləniləndən daha az səs toplayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müxalifətdəki Hüquq və Ədalət Partiyasının lideri Andzej Duda birinci turda qələbə qazanıb.

IPSOS şirkəti tərəfindən keçirilən “exit-poll”un nəticələrinə görə, müxalifət namizədi 34,8, Komorovski isə 32,2 faiz səs toplayıb. “Exit-poll”un nəticələri sensasiya hesab edilir. Belə ki, seçkilər ərəfəsində keçirilən rəy sorğuları Komorovskinin üstünlüyünü göstərirdi. Hətta bəzi sorğuların nəticələri hazırkı dövlət başçısının ilk turda qələbə qazanacağından xəbər verirdi.

Seçkilərin ikinci turu mayın 24-də keçiriləcək.

Qeyd edək ki, Bronislav Komorovski Qərb cəbhəsində Rusiyanın ən qatı əleyhdarlarından biridir. Məlumata görə, Polşa Avropada Estoniya, Latviya, Litva və Böyük Britaniya ilə birgə Rusiyaya qarşı kampaniyanın əsas animatorlarından hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm