Gürcü gəlin evi soyub qaçdı
Bizi izləyin

Dünya

Gürcü gəlin evi soyub qaçdı

Dini nikahla ailə quran gürcü qadın evdəki pulları və qızılı götürüb qaçıb.

Publika.az-ın məlumatına görə, hadisə Türkiyədə baş verib. 47 yaşlı Süleyman Toran adlı şəxs 41 yaşlı Nadeza Vakaniyanın onu aldatması iddiası ilə polisə müraciət edib.

O, şikayətçi olduğu qadınla dörd ay əvvəl dostunun vasitəsilə tanış olduğunu və dini kəbin kəsdirdiyini deyib: “Evlənərkən ona 10 burma qolbaq, boyunbağı, üzüklər aldım. Türkiyədə yaşamaq hüququ olmadığına görə, onu kirayənişinim kimi göstərdim. Daha sonra yaşamaq icazəsi alması üçün N.Vakaniyanın bank hesabına 6 min dollar köçürdüm. Aprelin 23-də Gürcüstanda olan uşaqlarını görmək üçün ölkəsinə getdi. Gedərkən ona aldığım bütün qızılları və hesabına köçürdüyüm pulu da götürüb. Daha sonra ondan heç bir xəbər almadıq. Araşdırdığımız zaman onun Gürcüstana aprelin 24-də deyil, 28-də getdiyi, mayın 1-də geri qayıtdığını öyrəndik. İzmirdə bir tanışı var idi, amma onun da yanında tapa bilmədik”.

İndi S.Toran onu evlənmək adı ilə aldadan bu qadının tapılmasını və pullarını geri qaytarmasını tələb edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm