ŞOK İDDİA: Avropa ölkəsində 8 min nəfər ölümdən xilas oldu
Bizi izləyin

Dünya

ŞOK İDDİA: Avropa ölkəsində 8 min nəfər ölümdən xilas oldu

Makedoniyanın Kumanova qəsəbəsində polis gücləri ilə silahlı bir qrup arasında baş verən şiddətli qarşıdurmada 8 polis həyatını itirib, 37-i yaralanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Makedoniya Daxili İşlər Nazirliyinin sözçüsü İvo Koteski 14 terrorçunun ölü olaraq ələ keçirildiyini bildirib.

İvo Koteski keçirdiyi mətbuat konfransında qeyd edib ki, terrorçu qrupa Kosovo vətəndaşları olan 5 nəfər liderlik edib. O, lider heyətdən 3 nəfərin polis güclərinə təslim olduğunu söyləyib. Koteski ümumilikdə 30-dan çox terrorçunun ağ bayraq açaraq təslim olduğunu deyib. Bölgədə evlərin axtarışlarının davam etdiyini söyləyən Koteski terrorçulardan ölü sayının arta biləcəyini istisna etməyib.

Makedoniya hökuməti ölən polislər üçün 2 günlük matəm elan edib. Moskvaya planlaşdırılan səfərini təxirə salan prezidenti Georgi İvanov Milli Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Makedoniyanın baş naziri Nikola Gruyevski təşkil etdiyi mətbuat konfransında 28 saat davam edən əməliyyatla 8 min adamın ölməsinin qarşısının alındığını söyləyıb. O, polis güclərinin dövlət və ictimai binalara hücumu plaşlaşdıran 40 nəfərlik və çox yaxşı silahlanmış bir qrupla döyüşdüyünü bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm