Əsəd MİT-ə işləyən kəşfiyyat şefini deşifrə etdi
Bizi izləyin

Dünya

Əsəd MİT-ə işləyən kəşfiyyat şefini deşifrə etdi

Suriyanın kəşfiyyat xidmətinin (Muhaberat) başçısı Əli Məmlük ev dustağı edilib.

Publika.az İngiltərənin “The Daily Telegrapf” qəzetinə istinadən xəbər verir ki, onun Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ilə əlaqəsinin olduğu və dövlət çevrilişinə təşəbbüs etdiyi iddia olunur.

“The Daily Telegraph” qəzetinin yazdığına görə, Əsəd rejimi Məmlükün MİT-in köməyi ilə həyata keçirmək istədiyi dövlət çevrilişi planından xəbəri tutub. Məmlükün həmçinin 1980-ci illərdə dövlət çevrilinə cəhd etməkdə ittiham olunan və Fransada mühacir həyatı yaşayan Bəşər Əsədin əmisi Rifat Əsədlə əlaqə yaratdığı bildirilir.

Adının açıqlanmasını istəməyən suriyalı bir səlahiyyətli qeyd edib ki, orduda Rifatın geri dönməsinin tərəfdarı olanların sayı kifayət qədərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm