Səfirimiz Gürcüstan hökumətinə başsağlığı verib
Bizi izləyin

Dünya

Səfirimiz Gürcüstan hökumətinə başsağlığı verib

Mayın 9-dan 10-na keçən gecə səhərə yaxın Gürcüstanın Kobuleti şəhərindəki “Armazi” otelində yanğın baş verib. Oteldə olan 45 nəfərdən 31-i uşaq olub. Onlardan üçü faciəli şəkildə həlak olub.

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn faciə ilə əlaqədar bu ölkənin hökumətinə başsağlığı verib. Səfir Azərbaycanın faciə qurbanlarının ailələrinə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm