Misir məhkəməsi ölkədə "Həmas"ın fəaliyyətini qadağan edib
Bizi izləyin

Dünya

Misir məhkəməsi ölkədə "Həmas"ın fəaliyyətini qadağan edib

Misir məhkəməsi ölkədə "Həmas"ın fəaliyyətini qadağan edib

Misir məhkəməsi "Həmas"ı Müsəlman Qardaşlara dəstək verməkdə ittiham edib.

İnterAz–ın “Skynews”a istinadla verdiyi xəbərə görə, Misirin təcili məsələlər üzrə məhkəməsi Qəzza hakimiyyəti Həması təşkilatının bütün fəaliyyətlərini qadağan edib. Məhkəmə həmçinin ölkədə Həmasa məxsus qərargahların və obyektlərin nəzarət altında saxlanılmasına qərar verib.

Bildirək ki, bundan öncə Misir məhkəməsinin dövlət ittihamçısı “Müsəlman Qardaşlar” kimi Həmasın da terror təşkilatı olmasına hökm edilməsini tələb etmişdi.

"Həmas" Misirin bu addımını pisləyib və Qahirənin bu addımını Fələstin məsələsinə qarşı atılan addım kimi qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm