• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstə tutuldu

  • Dünya
  • 12 May 2015 08:41
  • 388 Baxış
ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstə tutuldu

Kaliforniya Şimal dairəsi prokurorluğu əksəriyyəti etnik ermənilər olan 33 nəfərlik qruplaşmaya qarşı cinayət işi qaldırıb.

Publika.az-ın məlumatına görə, qruplaşmanın qanunsuz dərman alverindən tutmuş şəxsi məlumatların oğurlanmasına və sifarişli qətllərədək ən müxtəlif cinayət əməlləri ilə məşğul olduğu bildirilir.

Əgər məhkəmə bu şəxslərin təqsirini isbat edərsə, onların əksəriyyətini nəzəri baxımdan 35 ildən 95 ilədək həbs cəzası gözləyir. Dəstə üzvlərindən Ara Karabedyan və Gevork Ter-Mkrtçyan isə ömürlük azadlıqdan məhrum edilə bilər.

Bu iki nəfər Ter-Mkrtçyanı qəzəbləndirmiş bir nəfərin qətli üçün icraçı axtarırıblar. Onlar axırda qətli 1500 dollara icra edəcək birisini tapsalar da, sui-qəsd heç vaxt həyata keçirilməyib.

Məhkəmə bu kriminal sövdələşmənin əsas fiqurantları olaraq 45 yaşlı Karabedyanı, 29 yaşlı biznesmen Miqran Stepanyanı və onun əmisi oğlu 38 yaşlı Arturu göstərir. Bu cinayətkar qruplaşma şərti olaraq “Karabedyan-Stepanyan qruplaşması” adlandırılır.

Onların amerikalı əlbiri, bir sıra dərman preparatlarının topdansatışı ilə məşğul olan David Miller 2010-2014-cü illərdə Stepanyanlardan bir sıra saxta şirkətlər vasitəsilə 157 milyon dollarlıq ağrıkəsici, SPİD və xərçəng dərmanlarının alınmasında ittiham edilir.

Stepanyanlar guya dərman preparatlarını Şimali Hollivuddakı Old Sicily kafesinin sahibi Karabedyandan alırmışlar. Özlüyündə dərmanlar tamamilə qanuni olsa da, ABŞ-da onların alqı-satqısı üçün xüsusi lisenziya tələb olunur.

Federal Təhqiqatlar Bürosunun saytında deyilir ki, “Karabedyan-Stepanyan qurplaşmasımın əsas cinayəti dərman alış-verişi ilə lisenziyasız məşğul olmaq olub.

Fiqurantlar buna görə də preparatları saxta şirkətlərin vasitəsilə alırmışlar və məxfilik üçün ayamalardan istifadə edirmişlər. Məsələn, Miqran Stepanyanın adı bəzən George Kardaşyan və ya Zurab Ovanisyan kimi göstərilib.

Karabedyan həmçinin həkim resepti olmadan verilməyən güclü ağrəkəsici dərmanları bəzən pərakəndə qaydada satırmış.

Qara bazarda belə dərmanlardan biri olan oksikodonun qiyməti 20-30 dollardır.

Karabedyan, onun qızı Lanna və kürəkəni Armen Petrosyan müxtəlif vaxtlarda 500-dək saxta çeki nəqdləşdirmıək çəhd etməkdə ittiham edilirlər.

Bu çeklərin əsas mənbəyi ABŞ-ın vergi idarəsi olub. Vergi idarəsinə saxta vergi bəyannamələri verilib və sonradan artıq ödənilmiş pullar üçün çeklər istənilib.

Prokurorluğun 33 səhifəlik ittihamnaməsində deyilir ki, müttəhimlər Asatur Maqzanyan, Tiqran Sarkisyan, Ripsime Xaçatryan və Xaçik Güycüyan onlarca adamın şəxsi məlumatlarını ələ keçirib bu adlarla vergi bəyannamələri verib.

Göycüyan həmçinin qanunsuz əməlləri üçün ona məxsus Mailworks poçt şirkətindən istifadə edirmiş. Bu şirkətin adı saxta bəyannamələrdə göstərilir, sonradan isə onların əvəzinə vergi idarəsindən çeklər daxil olurmuş.

İttihamnamədə deyilir ki, o, 2014-cü ilin martında vergi idarəsindən adı çəkilməyən kinorejissorun və rok qrupunun zərb çalanının adına yazılmış oğurluq çekləri nəqd pula çevirməyə cəhd göstərilib.

Prokurorlar bildirlər ki, qanunsuz dərman satışından əldə olunan pullar və saxta çeklərin nəqdləşdirilməsi qruplaşmaya milyonlarla dollar qazanc gətirib. Pullar guya müxtəlif şəxs və şirkətlərin adlarına açılmış bank hesabları vasitəsilə yuyulub. Bu pullardan böyük məbləğlər qızıl alınmasına xərclənib.

İttihamnamənin sonunda milyonlarla dollar pul olan onlarca bank hesablarının siyahısı dərc olunub. Prokurorluq bu hesabları müsadirə etməyə hazırlaşır.

Bu həftənin sonunda 32 təqsirli bilinən şəxs həbs olunub. 33-cüsü axtarışadadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR