Dünya
Burundidə iğtişaş: 19 ölü
Afrikanın kiçik dövlətlərindən biri olan Burundidə son günlər baş verən hadisələr dünya ictimaiyyətini ciddi narahat etməyə başlayıb. 2005-ci və 2010-cu illərdə müəyyən qüvvələrin köməyi ilə prezident seçilən Pyer Nkurunzizanın iyunun 26-da keçiriləcək prezident seçkilərində üçüncü dəfə namizədliyini irəli sürməsi ölkədə böyük narazılıqlara səbəb olub.
Prezidentə müxalif qüvvələrlə birləşən narazı insanlar izdihamlı nümayişlər keçirməyə başlayıblar.
Nümayişləri yatırmaq üçün polis sərt tədbirlərə əl atıb və odlu silahdan istifadə etməyə başlayıb. Ölkənin paytaxtı Bujumburanın bəzi məhəllə və küçələrində barrikadalar qurulub və polisə qarşı müqavimət göstərilir. Polis qüvvələri ilə nümayişçilər arasında son günlərdə baş verən toqquşmalar zamanı 19 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Ölkədə yaranacaq qanlı qarşıdurmalardan və dövlət rəsmilərinin tayfalar arasında ədavəti qızışdırmasından qızışdırmasından ehtiyat edən 50 mindən artıq burundili qonşu ölkələrdə sığınacaq tapıb.
BMT və digər beynəlxalq təşkilatlar Burundidə qanlı döyüşlərin baş verməməsi üçün ölkə rəsmiləri ilə danışıqlar aparmağa başlayıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...