PKK “seçkidən sonra döyüş” anonsu verdi
Bizi izləyin

Dünya

PKK “seçkidən sonra döyüş” anonsu verdi

PKK terror təşkilatının İcra Komitəsinin üzvü Duran Kalkan Türkiyə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Gürsel Tekinin “Türkiyə Suriyaya girəcək” iddiasını şərh edib.

Publika.az “rudaw.net” saytına istinadən xəbər verir ki, PKK nümayəndəsi onun Türkiyənin yalnız Suriyaya deyil, həm də İraqa müdaxiləyə hazırlaşdığı barədə informasiyaya malik olduğunu deyib.

Duran Kalkan AKP hökumətinin döyüş və qarşıdurma mövqeyinə gəldiyini deyib. O, AKP və Türkiyə ordusunun atəşkəs anlaşmasını pozduğunu iddia edib: “Siyasi vəziyyət tələb etdiyi üçün konqresin toplanması istiqamətində hazırlığa başladıq və əhəmiyyətli bir nöqtəyə gəldik. Lakin AKP və Ərdoğanın bəyanatları prosesi alt-üst etdi. PKK 40 ildir necə müqavimət göstəribsə, bu gün də eyni gücə sahibdir. Kürd xalqı və demokratik güclər hazır olmalıdır”.

O, Türkiyənin Suriya və İraqın müəyyən bölgələrinə müdaxilə ehtimalının olduğunu vurğulayıb: “Əgər Afrinə bir hücum olarsa, bunun Ərdoğanın təlimatı ilə olacağını bilirik. Amma Afrin də Kobanİ kimi müqavimət göstərəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm