Silah anbarı bombalandı: 90 ölü, 300 yaralı - VİDEO
Bizi izləyin

Dünya

Silah anbarı bombalandı: 90 ölü, 300 yaralı - VİDEO

Səudiyyə Ərəbistanın liderlik etdiyi ərəb koalisiyasının hərbi hava qüvvələri Yəmənin paytaxtı Sanada Husi qiyamçılarının nəzarətində olan silah anbarını bombalayıb.

Publika.az “Cihan” agentliyinə istinadən xəbər verir ki, silah anbarının partlaması nəticəsində 90 nəfər ölüb, 300 nəfər yaralanıb.

Ölən və yaralıların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir. Son əməliyyatın koalisiya qüvvələrinin 26 mart tarixindən bu yana həyata keçirdiyi ən genişmiqyaslı hava əməliyyatı olduğu deyilir.

Ağır yaralıların sayı çox olduğu üçün ölü sayının arta biləcəyi istisna edilimir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm