Günü 7 min dollara icarəyə verilən villa kimindir?
Bizi izləyin

Dünya

Günü 7 min dollara icarəyə verilən villa kimindir?

Cənubi Afrika Respublikasının (CAR) keçmiş prezidenti Nelson Mandelanın şəhərkənarı villası turistlərin istifadəsinə veriləcək.

Publika.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Yohannesburq şəhərindən şimalda, Botsvana ilə sərhədin yaxınlığında yerləşən villa mövsümdən asılı olaraq bir günlük 5,8 min dollardan 7,1 min dollara qədər icarəyə veriləcək.

Bu qiymətə təbiətə səyahət və villa daxilində xidmət də daxildir.

“Shambala Private Game Reserve” qoruğunda yerləşən ikimərtəbəli bina 2001-ci ildə tikilib. Orada ailəsi ilə Mandelanın özü dincəlirdi. Mandelanın villasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton kimi qonaqları olub. Villa 2013-cü ilin sonunda Nelsonun ölümündən dərhal sonra bağlanıb və həmin vaxtdan orada heç kim yaşamayıb.

Nelson Mandela CAR-ın səkkizinci prezidenti olub və ölkənin tarixində birinci qaradərili liderdir. O, 1994-cü ilin 10 mayından 14 iyun 1999-cu ilə qədər CAR-ı idarə edib. 1993-cü ildə Nobel Sülh Mükafatı alan Mandela 5 dekabr 2013-cü ildə 95 yaşında dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm