ABŞ-ın “demokratiya” meyvəsi: 1 milyon narkoman uşaq
Bizi izləyin

Dünya

ABŞ-ın “demokratiya” meyvəsi: 1 milyon narkoman uşaq

Əfqanıstanın Səhiyyə Nazirliyi ölkədə narkotik asılılığı olanların sayının 3 milyona çatdığını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səhiyyə naziri Ferozuddin Feruz onların 7 faizinin qadın, 30 faizinin isə uşaq olduğunu söyləyib.

Nazir qeyd edib ki, builki rəqəmlər narkotik asılılığı olanların sayının ötən illə müqayisədə 7 faiz artdığını göstərir. Ölkədə narkotik asılılığının müalicəsi üçün fəaliyyət göstərən mərkəzlərin kifayət etmədiyini deyən nazir beynəlxalq cəmiyyətdən narkotik ilə mübarizədə dəstək istəyib.

Statistikaya görə, Əfqanıstanda 2005-ci ildə 920 min nəfər narkotik maddələrdən istifadə edirdi. Dünyada istehsal olunan heroinin 90 faizi Əfqanıstanın payına düşür. Əfqanıstan hökumətinin açıqladığı rəqəmlərə görə, ölkədə 2013-cü ildə 5500 ton, ötən il isə 6400 ton narkotik istehsal olunub. Birləşmiş Millətlər Təşkilatı (BMT) 2013-cü ildə Əfqanıstanda istehsal olunan narkotikin bazar dəyərinin 3 milyard dollar olduğunu açıqlayıb. 2012-ci ildə isə bu rəqəm 2 milyard dollar idi.

Əfqanıstanda narkotikin istehsalı ABŞ-ın işğalı illərində rekord səviyyədə artıb. Məlumatlara görə, 2001-2008-ci illərdə Taliblər Əfqanıstan ərazisində nəzarəti itirdikdən sonra heroinin istehsalı 2,5 dəfə artıb və 2015-ə qədər də bu artım tendensiyası davam edir.

2000-ci ildə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotik əkinlərinin məhvi və yerində alternativ kənd təsərrüfatı məhsullarının əkilməsi üzrə inkişafı proqramına qoşulan molla Ömər Əfqanıstan ərazisində narkotik əkinlərini qadağan etdi. Bu qadağa sayəsində 2001-ci ildə Əfqanıstanda cəmi 185 ton tiryək istehsal olundu. BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatına görə, narkotiklərlə mübarizədə Əfqanıstan hökumətləri arasında belə rekord əldə edilməmişdi. Əfqanıstanın işğalda olduğu illərdə isə bu rəqəm bugünkü 6400 tonu keçib.

Əlavə edək ki, keçmiş SSRİ ordusunun işğalı illərində də Ərqanıstanda narkotik istehsalı dəfələrlə artıb. Belə ki. 1979-89-cu illərdə narkotik istehsalı 200 tondan 1200 tona qalxmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm