Rüşvət vermədiyinə görə polis qızı kərpiclə döydü - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Rüşvət vermədiyinə görə polis qızı kərpiclə döydü - FOTOLAR/VİDEO

Hindistanın paytaxtı Dehli şəhərində polis işçisi qadına kərpic atdığı üçün həbs edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, polis nəfərinin qadına qarşı kobudluğu şahidlər tərəfindən telefonla çəkilib. Çəkilən video internetdə yayımlandıqdan sonra polis işdən azad edilib.

Qalmaqala səbəb olan hadisə isə belə olub. Motosikl sürən qadın hər iki qızını məktəbə apararkən qırmızı işıqda keçib. Bu zaman polis işçisi Satiş Çand qadından cərimə kimi 200 rupi və ya rüşvət kimi 4 dollar istəyib.

Qadın isə rüşvət verməkdən imtina edərək cəriməni ödəyəcəyini bildirib. Şahidlərin sözlərinə görə, polis qadının qərarı ilə razılaşmayaraq onun motosiklini itələyib. Qadın isə öz növbəsində polisə cavab vermək üçün onun motosiklinə tərəf kərpic tullayıb. Polis nəfəri həmin kərpici qadına tərəf atıb. Kərpic qadının qoluna dəyib.

Satiş Çand ikinci dəfə də kərpici qadına tərəf atmaq istədikdə, adı açıqlanmayan qadın ona tərəf gedərək polisin qarşısını alıb.

Qadın qolundan və kürəyindən aldığı zədələrə görə xəstəxanaya aparılıb. Polis bölməsindən bildirilib ki, Çanda qarşı ciddi tədbir görüləcək. Hazırda faktla bağlı cinayət işi qaldırılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm