Dəhşətli qəza: qatar relsdən çıxdı – VİDEO\FOTOLAR
Bizi izləyin

Dünya

Dəhşətli qəza: qatar relsdən çıxdı – VİDEO\FOTOLAR

ABŞ-da Vaşinqton - Nyu-York marşrutu üzrə hərəkət edən qatarın relsdən çıxması nəticəsində qəza baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Amerika vaxtı ilə axşam saat 9:20-də Filadelfiyada baş verib. Qatarın 10 vaqonundan 8-i çevrilib. Yerli mətbuatın verdiyi məlumata əsasən, 50-dən artıq insan xəsarət alıb. Onlardan altısının vəziyyəti isə kirtikdir. 5 nəfər sərnişin isə həlak olub. Ümumilikdə isə qatarda 240 sərnişin olub. Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və polislər cəlb olunub.

Qəza nəticəsində Nyu-York və Filadelfiya arasında qatarların hərəkəti tamamilə dayandırılıb.

Qeyd edək ki, qəza “Amtrak” şirkətinə məxsus olan 188 nömrəli qatarda baş verib.

Xəstəxanadan verilən məlumatda bildirilir ki, hazırda oraya çoxlu sayda yararlılar gətirilir.

Xatırladaq ki, Nyu-York və Filadelfiya dəmiryol şəbəkəsi ABŞ-ın şərq sahillərini birləşdirən əsas nəqliyyat növüdür. Belə ki, adıçəkilən dəmiryol şəbəkəsi ölkənin iri meqapolis şəhərlərini Vaşinqtonla birləşdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm