Bill Klinton Ağ Evə qayıtmağa hazırlaşır
Bizi izləyin

Dünya

Bill Klinton Ağ Evə qayıtmağa hazırlaşır

ABŞ-ın keçmiş prezidenti Bill Klinton Ağ Evə qayıdacağına ümidini ifadə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sabiq prezident CBS telekanalına müsahibəsində bunun xanımı Hillari Klintonun 2016-cı il prezident seçkilərində qələbə qazanacağı halda baş verəcəyini bildirib.

“Klinton əvvəlcə Demokratlar Partiyasının namizədləri arasında keçirilən seçkilərdə, daha sonra əsas seçkilərdə qələbə qazanmalıdır”, - o deyib.

Onun sözlərinə görə, xanımı qələbə qazanacağı halda, Ağ Evə qayıdış şansı 100 faizə bərabərdir. O, əminliyini ifadə edib ki, Hillarinin qələbəsi ABŞ-a fayda verəcək.

Qeyd edək ki, Bill Klinton 1993-cü ildən 2001-ci ilə kimi ABŞ-ın prezidenti olub. Onun xanımı Hillari isə Barak Obama administrasiyasında 21 yanvar 2009-cu ildən 1 fevral 2013-cü ilə kimi dövlət katibi postunda çalışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm