İranlı generaldan “böyük yanğın” xəbərdarlığı
Bizi izləyin

Dünya

İranlı generaldan “böyük yanğın” xəbərdarlığı

İranın Baş qərargah rəisinin köməkçisi general Məsud Cəzairi bölgəni “böyük yanğın”la hədələyib.

Publika.az xəbər verir ki, iranlı general ölkə mediasına verdiyi müsahibəsində Yəmənə göndərilən yardımları daşıyan gəmilərə maneə törədilməsinə ölkəsinin “soyuqqanlı” davranmayacağını deyib.

“Açıq danışıram, İranın soyuqqanlılığının da bir sərhədi var. İranın Yəmənə göndərdiyi yardımları Səudiyyə Ərəbistanı, ABŞ və digər ölkələr saxlamağa çalışsalar, bölgədə onların nəzarət etməkdə çətinlik çəkdiyi bir yanğın baş verər”, - Məsud Cəzairi söyləyib.

Suriyada davam edən vətəndaş müharibəsinə də toxunan iranlı general Suriya məsələsində yalnız ərəb koalisiyası ilə qarşı-qarşıya olmadıqlarını vurğulayıb: “Ərəb koalisiyası ilə yanaşı digər bölgə ölkələri də Suriyadadır. Kimsə Suriya milləti və dövlətinə qarşı Türkiyənin oynadığı rolunu unutmayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm