Putin partiyasından yeni qruplar formalaşır
Bizi izləyin

Dünya

Putin partiyasından yeni qruplar formalaşır

Rusiya prezident Vladimir Putinin lideri olduğu “Vahid Rusiya” Partiyasından yeni qruplar formalaşır.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, “Vahid Rusiya” Partiyası “Təhlükəsiz paytaxt” layihəsini həyata keçirməyi planlaşdırır.

Partiyanın Moskva bölməsinin İcra Komitəsinin başçısı Oleq Smolkin nəşrə açıqlamasında bildirib ki, belə bir layihə üzərində işlənilir. Bir patrul qrupu üç-dörd nəfərdən ibarət olacaq. Birinci mərhələdə 500-700 nəfər könüllü toplanacaq. Könüllülərin Rusiya Desantçılar İttifaqı, ÇOP Assosiasiyası (şəxsi mühafizə müəssisəsi) və “Rusiya zabitləri" İttifaqından, həmçinin kazaklardan toplanacağı bildirilir.

“Vahid Rusiya” Partiyasında drujinaçılardan gələcəkdə siyasi ictimai tədbirlərdə, o cümlədən müxalifət mitinqlərində istifadə ediləcəyi istisna olunmur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm