Hüsnü Mübarək azadlıqda
Bizi izləyin

Dünya

Hüsnü Mübarək azadlıqda

Korrupsiyada ittiham olunan Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa buraxılıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir Penitensiar Xidmətinin rəisi Həsən Suxaqi bildirib.

Onun sözlərinə görə, Misirin Baş prokurorluğu keçmiş prezidentin cəza müddətinin başa çatması ilə bağlı onlara məlumat verib. Qeyd olunub ki, keçmiş prezidentin azadlığa çıxmasına səbəb istintaq altında saxlanıldığı vaxtın cəza müddəti kimi hesablanmasıdır.

İstintaqın məlumatına görə, sabiq prezident və onun oğulları dövlət büdcəsindən 125 milyon Misir funtu (təxminən 18 milyon dollar) mənimsəyiblər. Məlumata görə, pul şəxsi evlərin tikintisi və sabiq prezidentin ailəsinin ofislərinin dizaynına xərclənib. Keçən ilin mayında Misir məhkəməsi Mübarəki üç il azadlıqdan məhrum edib. Ancaq 2015-ci ilin yanvarında kassasiya instansiyası hökmü ləğv edib və cinayət işinin yenidən araşdırılmasına başlanılıb.

Hüsnü Mübarəkin oğulları isə hazırda həbsdədirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm