Diri-diri basdırılan körpə 8 gün sonra sağ çıxarıldı - FOTO
Bizi izləyin

Dünya

Diri-diri basdırılan körpə 8 gün sonra sağ çıxarıldı - FOTO

Ailəsi tərəfindən diri-diri basdırılan körpənin həyatda qalması sanki bir möcüzədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çində yeni doğulan bir körpə torpağın altından 8 gün sonra sağ çıxarılıb.

Körpə kiçik bir karton qutunun içində torpağın altında 8 gün qalıb. Körpənin susuzluqdan ölməməsinin səbəbi isə torpağın altına keçən yağış sularının olduğu bildirilir.

Körpənin tapılması isə başqa bir möcüzədir. Meşədə ot toplamağa gedən bir qadın körpənin ağlamasını eşidir və bir budist məbədinə gedərək rahiblə geri qayıdır. Qadına ağlama səsinin bir lənət olmadığını söyləyən rahib polisi çağırır və kiçik körpə torpağın altından çıxarılır.

Məlum olur ki, ailəsi dodağı yarıq şəkildə dünyaya gəldiyi üçün körpəsini basdırıb. Hadisə ilə əlaqədar körpənin valideynləri, nənəsi və bir neçə başqa qohumu saxlanılıb. Lakin dəlillər kifayət etmədiyi üçün onlar sərbəst buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm