Səudiyyə kralına qarşı dövlət çevrilişi hazırlanır - İDDİA
Bizi izləyin

Dünya

Səudiyyə kralına qarşı dövlət çevrilişi hazırlanır - İDDİA

Səudiyyə Ərəbistanında kral ailəsinin daxilində çəkişmə başlaya bilər.

Publika.az xəbər verir ki, bu iddia ilə dünya siyasətindən hesabatlar hazırlayan “IHS Jane's 360” jurnalı çıxış edib.

Jurnalın iddiasına görə, Səudiyyə kralı Salman ibn Əbdül-Əzizin son aylarda ölkə rəhbərliyində etdiyi əhəmiyyətli kadr dəyişiklikləri ona qarşı bir dövlət çevrilişi təhlükəsi yaradıb. Kral aprel ayının sonunda vəliəhdi və xarici işlər naziri dəyişdirib. Bu dəyişikliklə ilk dəfə kral ailəsindən olmayan biri xarici işlər naziri postuna gətirilib.

Kral Salmanın etdiyi əhəmiyyətli dəyişikliklərdən biri də dövlətə məxsus olan “Saudi Aramco” neft şirkətinin Neft Nazirliyindən ayırması olub. Kral Salman şirkətin rəhbərliyinə öz oğlunu gətirib.

Jurnalın iddiasına görə,dəyişikliklər Kral Salmanın xələfi olan Kral Abdullah bin Əbdül-Əzizin oğlu Şahzadə Miteb bin Abdullah əs-Suudu narahat edir. Şahzadə Miteb Milli Gözətçilər adlanan qüvvələrin rəhbəridir. “IHS Jane's 360” qeyd edir ki, bu dəyişikliklər kral ailəsinə bağlı ordu ilə şahzadə Mitebə bağlı Milli Gözətçiləri qarşı-qarşıya gətirə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm