NATO ilə Əfqanıstan razılığa gəldi
Bizi izləyin

Dünya

NATO ilə Əfqanıstan razılığa gəldi

NATO ilə Əfqanıstan liderləri mayın 13-də Alyansın indiki missiyası bitdikdən sonra, gələcəkdə Əfqanıstanda hərbi-mülki iştirakın forması barədə razılıq əldə ediblər.

Publika.az-ın məlumatına görə, bunu NATO-nun baş katibi Cens Stoltenberg mayın 13-də NATO ölkələri xarici işlər nazirlərinin Antaliyada keçirilən sesiyasından sonra bəyan edib. Toplantıda Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani də iştirak edib. O bildirib ki, yeni missiya hərbi tərkibli olsa da, o əsasən mülki rəhbərlik nəzarət edəcək.

NATO-nun Əfqanıstandakı dəstək missiyasının müddəti gələn ilin sonunda sona yetir.

Stoltenberg qeyd edib ki, yeni missiyanın sayı indikindən az olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm