Napoleonun qardaşı oğluna aid üzük satılıb
Bizi izləyin

Dünya

Napoleonun qardaşı oğluna aid üzük satılıb

Fransa imperatoru Napoleon Bonapartın qardaşı oğluna aid üzük satılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 8,72 karatlıq çəhrayı almaz üzüyün son qiyməti 14,8 milyon İsveçrə frankı (təxminən 16 milyon dollar) olub.

Üzüyü məşhur hərrac şirkəti “Sotheby's” Cenevredə satıb.

Üzüyün Napoleonun qardaşı oğlu şahzadə Matilde Bonaparta (1820 -1904) aid olduğu və onun 1940-cı ildən bəri İsveçrədə bir bankın kassasında mühafizə edildiyi açıqlanıb. Üzüyü alan şəxs barədə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm