Rusiyanın “yaşıl adamcığazlar”ının güllələnməsi əmri verildi
Bizi izləyin

Dünya

Rusiyanın “yaşıl adamcığazlar”ının güllələnməsi əmri verildi

Estoniya Rusiyanın məxfi bölmələrinin döyüşçüləri olan “yaşıl adamcığazlar”a qarşı plan hazırlayıb.

Publika.az ”Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Rixo Terras bildirib.

Müdafiə naziri qeyd edib ki, hərbçilərə aşkar edilən “yaşıl adamcığazlar”ın vurulması barədə əmr verilib.

“Əgər Rusiya agentləri və ya xüsusi bölmələrin əsgərləri Estoniya ərazisinə daxil olacaqlarsa, dərhal vurulacaqlar”, - Rixo Terras deyib.

Amerika nəşrinin yazdığına görə, NATO-nun strateqləri “Moskvanın partlayış taktikası” ilə mübarizə planı hazırlamaq üçün bir neçə ay sərf ediblər.

Terras bildirib ki, NATO Rusiya qoşunlarının müdaxiləsinə qarşı Estoniyanı dəstəkləməyə və müharibəyə daxil olmağa hazır olmalıdır. O, həmçinin hesab edir ki, ittifaqa üzv ölkələrin müdafiə xərclərinı hazırkı səviyyədə saxlaması son dərəcə əhəmiyyətlidir. Nazir bir sıra Avropa dövlətlərinin hərbi büdcələrin azaldılması və Böyük Britaniyanın nüvə arsenalının ixtisar edilməsinin narahatedici olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm