Karnegi Fondu: “Putinin oxu yavaş-yavaş fırlanır”
Bizi izləyin

Dünya

Karnegi Fondu: “Putinin oxu yavaş-yavaş fırlanır”

ABŞ-ın dövlət katibi Con Kerrinin Soçidə keçirdiyi görüşləri şərh edən analitiklər hesab edirlər ki, “ABŞ Ukraynanı satdı”. Məsələn, Ukrayna Ali Radasının deputatı Viktor Baloqa bildirib ki, Vladimir Putinin ABŞ və Avropa Birliyinin rəsmiləri ilə son görüşü Rusiya tərəfinin qələbə çaldığının göstəricisidir.

Publika.az xəbər verir ki, Moskva Karnegi Fondu ABŞ dövlət katibinin Rusiyanın kurort şəhərinə gözlənilməz səfəri ilə bağlı materialında bir sıra məqamlara toxunulub.

Materialda da belə bir fikir hakimdir ki, ABŞ Ukraynaya görə Rusiya ilə vəziyyəti daha da gərginləşdirmək niyyətində deyil. Qeyd olunur ki, Moskvanın Qızıl Meydanında keçirilən parad Avropanın faşistlərdən azad olunmasının 70-ci ildönümü ilə bağlı keçirilsə də, parad avropalılarsız keçdi. “Və hamı Rusiya siyasətinin yeni şərq vektorunu gördü. Paradın arxasınca gözlənilən Merkel və ondan dərhal sonra gözlənilməyən Con Kerri gəldi”, - Moskva Karnegi Fondunun saytında yerləşdirilən materialda deyilir.

ABŞ-ın dövlət katibi Rusiyada axırıncı dəfə bundan iki il əvvəl olmuşdu. Kerri Ukrayna hadisələrindən sonra Rusiyaya gələn ən yüksək vəzifəli amerikalı idi. Normandiya və Brisbendə üz-üzə gələn Obama və Putin salamlaşaraq sübut etməyə çalışdılar ki, hər şey qaydasındadır. Karnegi Fondu qeyd edir ki, liderlərin görüşü yalnız Ukrayna deyil, Suriya, Liviya, İraq və Yəmən məsələlərinin müzakirə olunduğu 4 saatlıq Soçi görüşü ilə müqayisə oluna bilməzdi.

Kerri Soçidə gözlənilmədən bildirdi ki, əgər Minsk razılaşmaları yerinə yetirilərsə, Avropa və Amerika Rusiyaya qarşı sanksiyaların ləğvinə başlaya bilər. Rusiya ilə münasibətlər üzrə cavabdeh olan amerikalılardan biri bir müddət əvvəl bildirmişdi ki, tezliklə mühüm dəyişikliklər olacaq. Dəyişikliklər isə Kerrinin Soçiyə xüsusi reyslə gəlməsi ilə başladı.

“Ötən ilin yazından Kerri Lavrovla yalnız telefonla danışırdı və indi Rusiyaya gəldi. Niyə? Amerikada bilirlər ki, dalandan çıxmaq üçün cəhd etmək lazımdır. Prezident Obama Putin kimi tarixdə qalmaq istəyir. Obama İran və Kuba ilə münasibətlərin donunu açdı və ehtimal ki, özündən sonra Rusiya ilə yeni “soyuq müharibə”ni qoyub getmək istəmir. Obamanın vaxtı isə azdır. Amma Putində başqa saat var, Putinin oxu yavaş-yavaş fırlanır”, - materialda deyilir.

Karnegi Fondu hesab edir ki, Donbas münaqişəsinin güc yolu ilə həllinin olmadığını Avropa və Amerikada yaxşı anlayırlar: “Təsadüfi deyil ki, Kerri Soçidən ukraynalılara xəbərdarlıq etdi: problemi güc yolu ilə həll etməyi düşünməyin”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm