• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Poroşenko Ukraynadakı Rusiya hərbçilərinin sayını açıqladı

  • Dünya
  • 14 May 2015 15:37
  • 279 Baxış
Poroşenko Ukraynadakı Rusiya hərbçilərinin sayını açıqladı

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna ərazisindəki Rusiya hərbçilərinin sayını açıqlayıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, Poroşenko Almaniyanın ZDF kanalına müsahibəsində Ukraynanın ərazisində təxminən 11 min Rusiya hərbi qulluqçusunun olduğunu deyib.

Prezident vurğulayıb ki, Donbas hövzəsində sülh yalnız işğal edilmiş ərazilərin qaytarılmasından sonra mümkündür. Poroşenko növbəti dəfə qeyd edib ki, Ukraynanın şərqində münaqişənin nizama salınmasının hərbi yolunu görmür.

Prezident həmçinin bildirib ki, fevralın 12-də atəşkəs sazişinin imzalanmasından sonra 83 Ukrayna hərbi qulluqçusu həlak olub, 400-dən çoxu yaralanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR