Dünya
İrlandiya polisi şahzadə Çarlza qarşı sui-qəsdin qarşısını aldı
İrlandiya polisi Böyük Britaniya şahzadəsi Çarlz və həyat yoldaşı Kamillaya qarşı terror aktının qarşısını alıb.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, terror aktında şübhəli bilinən altı nəfər saxlanılıb.
Məlumata görə, Mullaqmor şəhəri yaxınlığındakı müxtəlif yaşayış məntəqələrində bomba hazırlamaq üçün istifadə edilən avadanlıq və partlayıcı maddələr tapılıb. Polisin həyata keçirdiyi genişmiqyaslı əməliyyatın gedişatında saxlananlar İrlandiya Respublika Ordusundan (İRA) qopan “Real İRA”, “Müvəqqəti İRA” və “Varis İRA” təşkilatları ilə əlaqələrdə şübhəli bilinir. Saxlananlardan ən kiçiyinin 21, ən böyüyünün isə 62 yaşı var. Məlumata görə, axtarışlar bütün ölkə üzrə 20 müxtəlif yerdə aparılıb.
Qeyd edək ki, Çarlz xaç atası lord Luis Mauntbatteni anmaq üçün gələn həftə Mullaqmora 4 günlük səfər etməyi planlaşdırır. Lord Mauntbatten 1979-cu ildə İRA-nın silahlıları tərəfindən burada qətlə yetirilib. Şahzadə Çarlz lord Luis Mauntbattenin həlak olduğu yerə baş çəkən Britaniya kral ailəsinin birinci üzvü olacaq.
Ömər Dağlı
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI