ŞOK: OMON komandiri İŞİD-ə qoşuldu
Bizi izləyin

Dünya

ŞOK: OMON komandiri İŞİD-ə qoşuldu

Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin komandiri (OMON) Qulmurod Xalimov ölkənin tərk edərək İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya gedib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumata görə, Xalimov tərəfdarları ilə birlikdə İŞİD-ə qoşulub. Onun mayın 1-də Tacikistandan Moskvaya, oradan Türkiyəyə uçduğu və buradan da Suriyaya keçdiyi bildirilir.

“Xalimov 2015-ci ilin əvvəlindən “İslam dövləti” xəstəliyinə tutuldu. O, daim internet vasitəsilə İŞİD-in ideologiyası ilə tanış olur, həmkarları ilə mübahisə edir və həqiqətin İŞİD-in tərəfində olduğunu iddia edirdi. Xalimov hətta həmkarlarına İŞİD-i dəstəkləmək üçün Suriyaya getməyi təklif edirdi”, - “İnterfaks”a danışan anonim mənbə deyib.

Tacikistan Daxili İşlər Nazirliyi Xalimovun hazırda harada olması barədə informasiyanı şərh etməyib. “Mən bu barədə heç nə bilmirəm”, - daxili işlər nazirinin müavini İkrom Umarzoda sullara cavab verməkdən imtina edib.

Xalimov bu posta 2012-ci ildə təyin edilmişdi. O, Daxili İşlər Nazirlyində işlədiyi dövrdə müxtəlif dövlət mükafatları alıb. Qulmurod Xalimovun 28 yaşlı qardaşı Nəzir Xalimov deyir ki, o, aprelin 23-də evdən çıxıb və işi ilə əlaqədar harasa gedəcəyini, üç gün sonra qayıdacağını bildirib. Amma o, qayıtmayıb və mobil telefonuna da zəng çatmır. Qardaşı Qulmurodun Suriyaya getdiyinə inanmır, bildirir ki, onun ölkəsində həyata keçirmək istədiyi böyük planlar var idi. “Bundan başqa, onun səkkiz uşağı var. Qardaşım onları tərk edə bilməzdi”, - Nəzir bildirib.

Eyni zamanda məlumatlar var ki, Xalimov iş yerində xidməti vəsiqəsi və silahını qoyub. Respublikanın güc strukturlarında mənbə qeyd edir ki, Xalimov onunla birlikdə Suriyaya gedən hər bir döyüşçü üçün böyük miqdarda pul vəd edib.

Tacikistan xüsusi xidmət orqanlarının məlumatına görə, ölkənin ən azı 200 vətəndaşı Suriyada vuruşur. Onlardanı 40-ı həlak olub. Beynəlxalq Böhran Qrupunun məlumatında isə deyilir ki, Qırğızıstan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Türkmənistanın ümumilikdə 4 min vətəndaşı İŞİD-in tərkibində vuruşur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm