Daha bir ölkədə vətəndaş müharibəsi başlandı
Bizi izləyin

Dünya

Daha bir ölkədə vətəndaş müharibəsi başlandı

“Ərəb Baharı” adlanan proseslərlə qanlı toqquşmalara meydan olan Afrikanın daha bir ölkəsi vətəndaş müharibəsinin astanasındadır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ordu rəhbərliyinin hakimiyyəti ələ keçirdiyini rəsmi şəkildə açıqladıqdan sonra prezident Pyer Nkurunzizaya bağlı birliklərlə ordu qüvvələri arasında toqquşmalar başlayıb.

Polis dünən paytaxt Bujumburanın mərkəzində təşkil edilən etiraz aksiyasını dağıtmaq üçün onlara atəş açıb. Son məlumatlara görə, paytaxtda şiddətli döyüşlər gedir.

Qeyd edək ki, Tanzaniyada səfərdə olan Nkurunzizanı ölkəyə gətirən təyyarənin Burundi hava məkanına daxil olmasına icazə verilməyib. Ölkənin keçmiş kəşfiyyat rəisi general-mayor Qoudfroyd Niyombare radio vasitəsilə çıxış edərək prezidentin iyunun 26-da keçiriləcək seçkilərdə üçüncü müddətə seçilmək üçün namizədliyini irəli sürməsi qərarına görə vəzifədən kənarlaşdırıldığını və keçid hökumətinin formalaşdırıldığını bəyan edib.

Xatırladaq ki, Burundidə baş verən sonuncu vətəndaş müharibəsindən çox az vaxt keçib. 12 il əvvəl baş verən vətəndaş müharibəsində 300 mindən çox adam həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm