550 min ukraynalı Rusiya ərazisində gizlənir
Bizi izləyin

Dünya

550 min ukraynalı Rusiya ərazisində gizlənir

Çağırışdan yayınmaq üçün 550 min ukraynalı Rusiya ərazisində gizlənir.

Publika.az-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. Onun sözlərinə görə Ukraynanın cənub-şərqində Rusiyaya az qala 1 milyon ukraynalı keçib. Onların yarısı müvəqqəti sığınacaq və işləmək haqqına malikldir.

Federal Miqrasiya Xidməti (FMX) hazırda Rusiyada 2.5 milyon ukraynalı yaşadığını təxmin edir.

"Onların əhəmiyyətli hissəsi Cənub Federal Dairənin ərazisində yaşayır. Bu əmək bazarında gərginlik yaradır”, - Patruşev deyib.

Yanvar ayının sonunda FMX, o cümlədən çağırış yaşında olan Ukrayna vətəndaşları üçün, ölkə ərazisində qalma haqqını 90 gündən artıq müddətə uzadıb.

Qismən səfərbərlik elan edən Kiyev son qərarı Ukraynanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Rusiya isə qərarın “humanitar əsaslara” söykəndiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm