Polşa və Baltikyanı ölkələr NATO qoşunlarını Rusiya sərhədinə gətirir
Bizi izləyin

Dünya

Polşa və Baltikyanı ölkələr NATO qoşunlarını Rusiya sərhədinə gətirir

Polşa və Baltikyanı ölkələr onların ərazisində NATO-nun daimi kontingentinin yerləşdirilməsi təklifi ilə çıxış edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Litva ordusundakı mənbəyə istinadən bildirib.

Litva ordusunun rəsmi nümayəndəsi Mindauqasa Neymontasın sözlərinə görə, Latviya, Litva və Estoniyanın müdafiə nazirləri Baltikyanı ərazidə NATO-nun bir briqadasının (NATO-da bir briqadanın tərkibi təxminən beş min hərbi qulluqçudan təşkil olunur) yerləşdirilməsini sifariş etməyə hazırlaşır. O, qeyd edib ki, bu qərar təhlükəsizlik sahəsindəki vəziyyətlə bağlıdır. Amma Neymontas məhz hansı təhlükədən söhbət getdiyini dəqiqləşdirməyib.

Britaniyanın “The Times” nəşri mayın 13-də yazıb ki, Baltikyanı ölkələr regionda NATO qoşunlarının yerləşdirilməsi xahişi ilə ittifaqdakı müttəfiqlərinə göndərəcəyi məktubun ilkin variantını Böyük Britaniyaya göndərib.

“Reuters”in əldə etdiyi bir başqa sənədə görə Polşa NATO-nun 2016-cı ildə keçiriləcək sammitində ittifaqın hərbi bazaları və ağır texnikasının regionda daimi yerləşdirilməsi barədə xahiş etməyə hazırlaşır. Amma Polşanın Təhlükəsizlik üzrə Milli Bürosunun rəhbəri, general Stanislav Kozeyanın sözlərinə görə, Rusiya Minsk razılaşmalarına riayət edəcəyi halda Varşavanın mövqeyi dəyişə bilər.

Bundan başqa, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hərbi alyans İŞİD-in artan təhlükəsinə baxmayaraq, Rusiya ilə əməkdaşlığı bərpa etməyə hazırlaşmır. Bununla belə, o, siyasi dialoq üçün pəncərənin açıq olduğunu xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm