• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bağdadinin səs yazısı yayıldı: “Hicrət edin!”

  • Dünya
  • 15 May 2015 12:24
  • 390 Baxış
Bağdadinin səs yazısı yayıldı: “Hicrət edin!”

İŞİD terror təşkilatı lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu deyilən bir səs yazısını yayımlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Bağdadi mesajında müsəlmanları silahlanmağa, İraq və Suriyanın “xilafət” elan edilmiş bölgələrinə hicrət etməyə çağırır.

Ekspertlər səsin Bağdadiyə aid olduğunu təxmin etdiklərini, ancaq məlumatın hələ təsdiqlənmədiyini bildirirlər. Səsin yaxın tarixdə yazıla biləcəyi təxmin edilir.

Qeyd edək ki, mart ayında məruz qaldığı aviazərbələr nəticəsində ağır yaralandığı deyilən İŞİD liderinin hərəkət qabiliyyətini itirdiyi iddia olunur. Mayın əvvəllərində Britaniyanın “The Guardian” nəşri onun sağ qaldığını, amma şikəst olduğunu yazıb.

Nəşrin məlumatına görə, Bağdadinin müalicəsi ilə hazırda iki həkim məşğuldur. Onlar Mosul şəhərinin mərkəzi xəstəxanasında çalışan qadın rentgenoloq və kişi cərrahdır. İŞİD-ə yaxın üç mənbə “The Guardian” nəşrinə açıqlamasında Bağdadinin yarasının olduqca ağır olduğunu bildirib. “Görünür, Bağdadi qruplaşmaya artıq rəhbərlik edə bilməyəcək”, - mənbələr qeyd edib.

İŞİD liderinin martın 18-də yaralandığı deyilir. Həmin vaxt koalisiya gücləri İraq və Suriya sərhədində üç avtomobildən ibarət kolona zərbə vurub. Aviazərbələr nəticəsində Bağdadinin üç köməkçisi həlak olub.

Bağdadi ən son ötən ilin iyul ayında İŞİD-in Mosulu ələ keçərməsindən sonra bir məsciddə görüntülənib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR