Bələdiyyə başçısı: “Ölkədə islam dini qadağan edilsin”
Bizi izləyin

Dünya

Bələdiyyə başçısı: “Ölkədə islam dini qadağan edilsin”

Fransanın cənub-şərqində yerləşən Venelles şəhərinin bələdiyyə başçısı Robert Şardon ölkədə islam dinin qadağan edilməsini təklif edib.

Publika.az xəbər verir ki, bələdiyyə başçısı “Le Monde” nəşrinə müsahibəsində ölkədəki problemlərin yeganə yolunun bu olduğunu deyib.

İslama inananlar və öz dinini yaşamaq istəyənlərin ölkələrinə qayıda biləcəyini deyən Robert Şardon üzvü olduğu Xalq Hərəkatı Partiyasının (UMP) lideri, keçmiş prezident Nikola Sarkozidən də bu məsələdə dəstək istəyib.

Bələdiyyə başçısı bundan əvvəl isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində “Fransada İslam qadağan olunmalıdır” şəklində bir “tvit” atıb. O, eyni məzmunlu “tvit”ləri atmaqda davam edib. Şardon Sarkozinin 2017-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əmin olduğunu bildirərək belə bir status yazıb: “18 oktyabr 2017-ci ildə Fransada islam dini qadağan olunacaq”.

Sarkozinin də cavabı gecikməyib. Keçmiş prezident bələdiyyə başçısının ifadələrinin qəbuledilməz olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm