Bazaya hücum olub: 10 hərbçi ölüb
Bizi izləyin

Dünya

Bazaya hücum olub: 10 hərbçi ölüb

"Əş-Şəbab" radikal qruplaşması yaraqlılarının Somalinin cənubundakı hərbi bazaya hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yerli hökumət orqanlarına istinadən bildirib.

Agentliyin verdiyi məlumata görə, insident Aşağı Şabelle regionunda baş verib. Atışma nəticəsində 15 yaraqlı öldürülüb. "Bizim əsgərlərimiz 15 yaraqlını öldürüb", - regionun başçısı Əbdülqadir Məhəmməd Nur Siidi qeyd edib.

"Əş-Şəbab" terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm