İraqa ağır zərbə: Ramadi işğal olundu - VİDEO
Bizi izləyin

Dünya

İraqa ağır zərbə: Ramadi işğal olundu - VİDEO

İraq ölkənin daha bir strateji məntəqəsini itirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD terror təşkilatı İraqın Anbar vilayətinin inzibati mərkəzi Ramadi şəhərindəki hökumət binalarını ələ keçirib.

Təşkilatın ələ keçirdiyi binaların üstündə bayraqlarını asdığı və çoxlu sayda təhlükəsizlik əməkdaşını öldürdüyü bildirilir. İraq parlamentinin başçısı Səlim əl-Cuburi ölkə rəhbərini və koalisiya güclərini Anbardakı hərbi birliklərə havadan və qurudan təcili yardım etməyə çağırıb.

Cuburi şəhərin itirilməsinin ölkənin milli təhlükəsizliyi üçün böyük təhlükə olduğunu dilə gətirib.

İraq İnsan Haqları Komissiyasının üzvü Büşra əl-Ubeydi Ramadinin itirilməsinin Bağdad üçün böyük təhlükə təşkil edəcəyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm