• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Krım Müdafiə Nazirliyi yaradılır

  • Dünya
  • 4 Mart 2014 16:52
  • 342 Baxış
Krım Müdafiə Nazirliyi yaradılır

Krımın yeni baş naziri Sergey Aksyonov muxtar respublikanın Müdafiə Nazirliyinin yaradılacağını bildirib.Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, baş nazir Simferopolda keçirdiyi mətbuat konfransında “Yeni idarə yaradılacaq - Krım Müdafiə Nazirliyi” deyib.

Onun sözlərinə görə, Krım hakimiyyətinin tərəfinə artıq 5500-dən çox Ukrayna hərbi qulluqçusu keçib. O, “özünümüdafiə” əməkdaşlarının sayının isə 11 minə çatdığını qeyd edib.

Qeyd edək, Ukrayna Müdafiə Nazirliyi bu gün yaydığı bəyanatında Krımdakı bütün hərbi hissələrin Ukrayna hərbçilərinin nəzarəti altında olduğu və heç birinin Krımın yeni hakimiyyətinin tərəfinə keçmədiyi bildirilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR