Əhməd Davudoğlu: “Azərbaycanı tərk edə bilərikmi?”
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu: “Azərbaycanı tərk edə bilərikmi?”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) Bilecik mitinqində çıxış edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir çıxışında Azərbaycanın da adını çəkib.

“Sizə bir salam gətirdim, Süleyman Şahdan salam gətirdim. Sərhəddən kənardadır deyə Süleyman Şahı, Azərbaycanı, Krımı tərk edə bilərikmi?”- Davudoğlu bildirib.

Çıxışında müxalifəti də hədəf alan baş nazir qeyd edib ki, Cümhuriyyət Xalq Partiyası xalqı suriyalılara qarşı qaldırmağa çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm