• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Filip Karber: “Avropa tamam dəyişəcək”

  • Dünya
  • 16 May 2015 03:33
  • 306 Baxış
Filip Karber: “Avropa tamam dəyişəcək”

“Donbasdakı rus terrorçuların strukturunda ciddi dəyişikliklər baş verir”. Axar.az xəbər verir ki, bu açıqlama ilə amerikalı hərbi ekspert Filip Karber çıxış edib.

Onun sözlərinə görə, bu dəyişikliklər genişmiqyaslı hücum əməliyyatına hazırlığa dəlalət edə bilər: “Hazırda onların briqada və korpuslarını rusiyalılar hazırlayır. Bu proseslər Rusiyanın ərazisində yox, məhz Donbas bölgəsində baş verir. Lakin terrorçuların zabitləri, qərargah rəisləri rusiyalılardır. Həmçinin silah və texnika da Rusiyadan gəlir. Onların bu cür böyük təşkilatlanmağının yeganə səbəbi ölkənin dərinliyinə getmək üçün hücum əməliyyatları hazırlamaqlarıdır. Əgər hücum olsa, o zaman həm Ukrayna, həm də Qərb böyük humanitar fəlakətlə üz-üzə qalacaq. 20 milyon insan qaçqın olacaq. Hazırda Ukraynada şərqdən olan bir milyon qaçqın yaşayır. Hərbi əməliyyatlar başlasa, 20 milyona qədər insan Qərbə qaçacaq. Biz sizinlə növbəti 20-30 ildə tamam fərqli Avropa görəcəyik”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR